“Kim necə istəyir...” - Elnarə Abdullayevadan “aşıq qalmaqalı”na cavab

saytların hazırlanması

Evə çatdırılma

“Kim necə istəyir...” - Elnarə Abdullayevadan “aşıq qalmaqalı”na cavab

Şou

21 Sentyabr 2019 10:51 1222


Xəbər verdiyimiz kimi, əməkdar artist Elnarə Abdullayevanın "Xanımdan aşıq olmaz" sözlərinə aşıqlar sərt reaksiya bildirib. Aşıq Samirə Əliyeva "Show news" verilişinə açıqlamasında xanəndəni lağa qoyaraq “Elnarə xanım tez-tez hikmətli sözlər deyir. İnsanı düşünməyə və düşündürməyə vadar edir, belə də davam etsin. Çox ağıllı fikir söyləyib. Sözdür bu? Gülürəm o sözə, vəssalam” deyib. 

Aşıq Ulduz Sönməz, qızı Sədaqət də xanəndəyə sərt reaksiya verənlər sırasına qoşulublar. 

Məsələ ilə bağlı Elnarə Abdullayeva “Yeni Sabah”a açıqlamasında bu sözü çoxdan dediyini bildirib: Dördpendirli pizza

“O, köhnə söhbətdir, nə vaxtın söhbətidir. Ay dədə, vay, nənə vay. Ayrı söhbət yoxdur, bunu müzakirə edirlər?  Köhnə söhbəti gündəmə gətirməyin nə mənası var?  Kim necə istəyir, elə də danışa bilər. Cavab da verə bilər, özləri bilər”. 

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!