Kimyaçılar yenə yarışdı

saytların hazırlanması

Evə çatdırılma

Kimyaçılar yenə yarışdı

Sosial

22 Fevral 2019 20:49 812


Fevralın 22-də ümumi təhsil müəssisələri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin rayon mərhələsi keçirilib.

"Yeni Sabah" xəbər verir ki, müsabiqə məktəblilərin kimya fənninə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı  şagirdlərin aşkara çıxarılması məqsədilə keçirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Rəşad Tağıyev paytaxtdakı Məktəb Lisey Kompleksində müsabiqənin gedişini izləyib. pizza sifarişi

Qeyd edək ki, müsabiqənin rayon mərhələsində 293 ümumi təhsil müəssisəsindən 879 şagird iştirak edib. Şagirdlər 2 akademik saat ərzində ümumi təhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət test tapşırığını və 2 məsələni yerinə yetiriblər.

Test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1 balla, məsələ isə 5 balla  qiymətləndiriləcək.

Fevralın 28-də keçiriləcək müsabiqənin final mərhələsinə hər rayondan 1 komanda olmaqla, ümumilikdə 12 komanda qatılacaq. Müsabiqənin III mərhələsində 30 test sualı  və  2 məsələ ilə yanaşı, komandalar 1 təcrübə işi də yerinə yetirəcəklər. Müsabiqənin nəticələrinə görə, 3 yeri tutmuş komandalar qalib hesab olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!