“Şou-biznesdən heç kimlə sevgili olmaram. Nə sevgili olmaq istəmərəm, nə də ərə getmək. Kişi kişi ilə sevişir, kimə ərə gedim? Şou-biznesin içindəyəm də, mənə kənardan adam lazımdır”.
“Yeni Sabah” xəbər verir ki, bunu teleaparıcı-aktrisa Könül Yusifqızı Azmedia.az-a verdiyi qalmaqallı müsahibədə dilə gətirib.
O, daha sonra “Cinsi azlığı sevə bilərsiniz?” sualına “Gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur”, - deyərək, fikirlərini bu cür davam etdirib: Sezar pizza
“Xeyr! Mən onunla dost olaram, canım-gözüm olar, amma kişi-qadın sevgisi mümkünsüzdür. Hərçənd gey bəzi bığıburma kişilərdən daha qeyrətli olur. Vallah, gey tanıyıram, yaxın dostumdur. Həyat yoldaşı dükan-bazar bilmir ki, nədir. Ailəcanlıdır, qazandığı pulla arvadı ilə dünyanı gəzir.
Hərdən özünə deyirəm ki, sən mənəm-mənəm deyib, arvadını, uşağını atıb, balasına bir qəpik aliment belə qıymayan, arvadını fahişəliyə sürükləyən, “mən kişiyəm” deyənlərdən qat-qat kişisən!
Demək ki, “kişiyəm” demək, bığ-saqqal saxlayıb, şalvar geyinməklə deyil! Namus-qeyrət deyib onda-bunda səhv axtarmaqla deyil. Küncdə-bucaqda dayanıb, camaatın yubkasını güdəndən nə kişi?”
Telegram kanalımız