Bakıda qətl törətməkdə təqsirləndirilən Əliəkbər Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Prokuror çıxışında onun 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Növbəti proses martın 7-də davam edəcək.
İttihama görə, ötən il avqustun 8-də paytaxtın Xəzər rayonunda Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Əliəkbər Abdullayev yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Rübabə Abdullayevanı qısqanclıq zəminində bıçaqlayıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
İstintaq orqanı tərəfindən Əliəkbər Abdullayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xezerxeber
Telegram kanalımız