KİV: Malinin müdafiə naziri öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

KİV: Malinin müdafiə naziri öldürüldü

Dünya

26 Aprel 2026 14:47 102


Malinin müdafiə və veteranlarla iş üzrə naziri Sadio Kamara qətlə yetirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Jeune Afrique" jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, nazir aprelin 25-də paytaxt Bamakonun yaxınlığındakı Kati ordu bazasında yerləşən iqamətgahının yaxınlığında partlayıcı maddə ilə dolu yük maşınının partladılması nəticəsində həlak olub. Hələlik bu məlumatla bağlı rəsmi təsdiq yoxdur.

Qeyd edək ki, daha əvvəl ölkə rəsmiləri S.Kamaranın silahlıların hücumu zamanı sağ qaldığını iddia edirdilər./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!