Köçəryanın məhkəməsindən yeni xəbər
01 Dek 2020 17:47
564

Köçəryanın məhkəməsindən yeni xəbər

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın məhkəmə prosesi təxirə salınıb. 

Yenisabah.az xəbər verir ki, Köçəryanla birgə mühakimə olunan keçmiş müdafiə naziri Seyran Ohanyanın vəkili prosesə gəlməyib. Bu baxımdan İrəvan məhkəməsi prosesi dekabrın 8-nə təxirə salıb.

Ermənistanda yayılan məlumatlara görə, Nikol Paşinyan Qarabağ müharibəsi ərəfəsində Robert Köçəryanın azadlığa çıxmasına şərait yaratsa da, indi yenidən onu həbs etdirmək istəyir.

Baş nazir hesab edir ki, Ermənistandakı siyası rəhbərliyinin arxasında Qarabağ klanı və onun liderlərindən hesab olunan Robert Köçəryan dayanır.

Nikol Paşinyan bu klanı zəiflətməyənə qədər hakimiyyətinə ciddi təhlükə ola biləcəyini düşünür.

Köçəryanın Kremlə yaxınlığı, Rusiyanın prezidenti Vladimir Putinlə dostluq münasibətlərinin olması da Paşinyanı ciddi narahat edən amillərdəndir.

Bəzi iddialara görə, Qarabağ müharibəsi ərəfəsində Köçəryan Moskvaya səfər etmək istəsə də, Paşinyan buna mane olub.

Doğrudur, Baş nazir bu iddiaları cavablandırarkən səfərin baş tutmamasını qarşı tərəfin cığallığı ilə izah edib. Lakin onunla razılaşmayanlar da az deyil.

İndi belə məlumatlar yayılıb ki, Putinin Paşinyanla görüşmək istəməməsi və beləliklə, Ermənistan Baş nazirinin Rusiyaya səfərinin təxirə salınmasının bir səbəbi də Köçəryanla bağlıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər