Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Kolumbiyada terror aktı nəticəsində azı 20 nəfər öldü

Dünya

26 Aprel 2026 22:58 125


Kolumbiyanın cənub-qərbində yerləşən Kauk departamentində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Panamerika şosesində baş verən partlayış nəticəsində həyatını itirənlərin 15-i qadın, 5-i kişidir. Hadisə zamanı 36 nəfər yaralanıb, onlardan üçü Reanimasiya şöbəsindədir. Beş azyaşlının vəziyyətinin stabil olduğu bildirilir.

Regionda üç günlük matəm elan olunub.

Partlayış nəticəsində Panamerika şosesində təxminən 200 kubmetr həcmində krater yaranıb. Yolun bərpasının altı saat ərzində başa çatdırılması gözlənilir.

Hücuma görə məsuliyyəti "Xayme Martinez" qruplaşmasının daşıdığı bildirilir. Qruplaşma keçmiş Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri üzvlərindən ibarətdir və hökumətlə sülh razılaşmasını qəbul etməyən şəxsləri birləşdirir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!