Komaya düşən jurnalistdən xəbər var

saytların hazırlanması

Evə çatdırılma

Komaya düşən jurnalistdən xəbər var

Sosial

18 Fevral 2019 18:21 852


 “Natiq Qocaman artıq 18 gündür ki, komadadır.  Hələki bir irəliləyiş yoxdur”.

Bunu  “Yeni Sabah”a  jurnalistin həyat yoldaşı Könül Qocayeva deyib. O bildirib ki, təkcə Azərbaycan həkimləri ilə kifayətlənmirlər:

“Analizlər mütəmadi olaraq xarici həkimlərə də göndərilir. Yəni daim nəzarətdədir. Amma hamının rəyi eynidir. Gözləmək lazımdır ki, qan  beynin kötüyündən sovrulsun. pizza sifarişi

Natiq Qocamanın səhhətini nəzarətə götürən ölkə rəhbərimiz  İlham Əliyevə,  prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova,  KİVDF-nin rəhbəri Vüqar Səfərliyə,  baş redaktorlara, dəstək olan bütün jurnalist dostlara təşəkkür edirəm. Dost həqiqətən də çətin gündə tanınar”.

Xatırladaq ki, jurnalist Natiq Qocaman fevralın 1-i axşam saatlarında insult diaqnozu ilə əvvəlcə 1 saylı Kliniki Tibbi Mərkəz (Semaşko) xəstəxanasına, oradan da Mərkəzi Klinik Xəstəxanasına  yerləşdirilib. Jurnalistin xanımı Könül Qocayeva həyat yoldaşının müalicəsinə dəstək üçün ölkə Prezidentinə müraciət edib. Prezident İlham Əliyevin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Administrasiyanın şöbə müdiri Əli Həsənov ölkə başçısına  bu haqda məruzə edildiyini  və prezidentin jurnalistin səhhəti ilə bağlı müvafiq yardım göstərilməsi üçün tapşırıq verdiyini söyləyib. 

Qeyd edək ki,  Natiq Qocaman uzun müddət ölkənin ən populyar qəzeti olan ”Oxu məni” qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində çalışıb. Hazırda Mediapress İnformasiya Agentliyinin baş redaktorudur. 

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!