Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Kommunikasiyaların blokadadan çıxarılması vacibdir“ - Paşinyan
25 Okt 2021 13:51
542

“Kommunikasiyaların blokadadan çıxarılması vacibdir“ - Paşinyan

"Regionun iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması Ermənistan iqtisadiyyatının məzmununu və strukturunu keyfiyyətcə dəyişə bilər".

Yenisabah.az "Armenian News"a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı bildirib.

O, təhlükəsizlik sisteminin inkişafı baxımından təkcə ordunun modernləşdirilməsinin, onun müdafiə qabiliyyətinin artırılmasının vacibliyini deyil, həm də Ermənistanın ətrafında əlverişli xarici mühitin yaradılmasının vacibliyini qeyd edib.

"Dinc inkişaf dövrünə girmək üçün gündəmi ardıcıl olaraq həyata keçirmək də vacibdir. Bu, Ermənistana, Qarabağa, bütün regionumuza aiddir. Biz hesab edirik ki, bu, Cənubi Qafqaz regionunda düşmənçilik mühitini aradan qaldırmağın yeganə yoludur. Bunun sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini bərpa və həll edə biləcəyik. Məhz bu, bizə regional iqtisadi və nəqliyyat infrastrukturunu blokadadan çıxarmağa imkan verəcək. Bu, yerli infrastrukturun inkişafı üçün əlavə təkan ola, uzunmüddətli inklüziv iqtisadi artımı təmin edə bilər, iqtisadi fəaliyyət göstərmək istəyən Ermənistan vətəndaşları üçün bərabər şərait yaradar, yerli və xarici investorlar üçün iqtisadiyyatın cəlbediciliyini əhəmiyyətli dərəcədə artırar”,- deyə Paşinyan vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər