Koronavirusa yoluxan məhkumlarla bağlı rəsmi açıqlama
23 May 2020 18:55
354

Koronavirusa yoluxan məhkumlarla bağlı rəsmi açıqlama

Ədliyyə Nazirliyinin Kollegiya iclasında koronavirus infeksiyasına qarşı penitensiar müəssisələrdə görülən zəruri dezinfeksiya, tibbi və digər profilaktik işlərdən bəhs olunub, virusa yoluxmuş tək-tək məhkumların tam əksəriyyətinin artıq sağaldığı və karantindən çıxdığı, hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığı vurğulanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. 

Məlumatda bildirilir ki, bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyəti qeyd olunub.

Oxşar xəbərlər