Krasnodarda PUA hücumu: Limanda yanğın baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Krasnodarda PUA hücumu: Limanda yanğın baş verdi

Dünya

22 Avqust 2026 16:14 175


Pilotsuz uçuş aparatının (PUA) düşməsi nəticəsində Rusiyanın Krasnodar diyarındakı limanda yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev öz sosial şəbəkə hesabında məlumat verib.

"PUA-nın qalıqları həmçinin limanın ərazisində yerləşən müəssisəyə də düşüb. Hazırda orada yanğın söndürülür", - deyə o yazıb. Toyuqlu pizza

Dronların düşdüyü yerdə əməliyyat xidmətləri işləyir.

Veniamin Kondratyev həmçinin bildirib ki, Kubanın Yeysk rayonunda dron zərbəsi nəticəsində iki uşaq həlak olub. Onun sözlərinə görə, səhər Ukrayna Silahlı Qüvvələrinin dron zərbəsi rayonun özəl sektorundakı yaşayış binalarına və mülki infrastruktur obyektlərinə dəyib.

"Ailə zərər görüb. İki uşaq ölüb, iki böyük isə xəstəxanadadır", - deyə o bildirib.

Dronlardan birinin parçaları həmçinin Yeysk limanındakı bir müəssisənin ərazisinə düşüb və orada yanğın baş verib və artıq söndürülüb. Əməliyyat bölmələri özəl sektorda PUA-nın düşdüyü yerdə işlərini davam etdirir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!