Külək daha da şiddətləndi: Əhaliyə yenidən xəbərdarlıq edildi

saytların hazırlanması

Evə çatdırılma

Külək daha da şiddətləndi: Əhaliyə yenidən xəbərdarlıq edildi

Sosial

04 Aprel 2024 11:05 3953


Güclü küləkli havada yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə hazırda ölkə ərazisində müşahidə edilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə təkrar müraciətində qeyd olunub.

Nazirlik əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

"Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, belə hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir", - məlumatda qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!