Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?

Sosial

23 Aprel 2026 17:27 838


Prezident İlham Əliyev Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Natiq Səhrab oğlu İbrahimov Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

“Yeni Sabah” yeni rektorun tərcümeyi-halını təqdim edir:

İbrahimov Natiq Səhrab oğlu, 1953-cü il 28 mart tarixində Qəbələ rayonu Mıxılqovaq kəndində anadan olub. N. İbrahimov Mıxılqovaq kənd orta məktəbini bitirib. 1972–1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Ailəlidir, 3 övladı var. 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

1979–1982-ci illərdə Universitetin nəzdində Hesablama mərkəzində riyaziyyatçı-proqramist vəzifəsində çalışıb. 1982–1985-ci illərdə fakültənin Tətbiqi riyaziyyat fakültəsinin hesablama laboratoriyasında riyaziyyatçı-proqramçı işləyib. 1985–1992-ci illərdə fakültənin Tədris laboratoriyasının müdiri, eyni zamanda kafedranın müəllimi olub. 1993-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində aparıcı inspektor, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2014-cü ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində işləyib. 2016-cı il may ayından Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib.

1997-ci ildən Fizika-riyaziyyat elmləri namizədi, 2015-ci ildən Riyaziyyat üzrə elmlər doktoru, professor elmi adlarını alıb. Bir monoqrafiya, 2 dərs vəsaiti və bir neçə proqramın müəllifidir. 4 nəfər doktorantın elmi rəhbəridir.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!