Avropa çempionatı: Jalə Əliyeva və Birgül Soltanova bürünc medal uğrunda görüşə çıxacaqlar

saytların hazırlanması

Evə çatdırılma

Avropa çempionatı: Jalə Əliyeva və Birgül Soltanova bürünc medal uğrunda görüşə çıxacaqlar

İdman

23 Aprel 2026 20:17 102


Azərbaycan güləşçisi Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda yarışacaqlar.

"Yeni Sabah" xəbər verir ki, yarımfinalda Jalə Əliyeva Elvira Akamaloğluya (Türkiyə), Birgül Soltanova isə Alina Kasabiyevaya (UWW) uduzub.

Hər iki idmançı üçüncü yer uğrunda qarşılaşmada mübarizə aparacaq.

Ruzana Məmmədova (62 kq) isə təsəlliverici görüşə çıxacaq.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Yunan-Roma güləşi millisi komanda hesabında birinci olub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!