Pensiyalar bu qədər artdı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Pensiyalar bu qədər artdı - RƏSMİ

Sosial

22 Aprel 2026 11:50 1284


Bu ilin yanvar-mart aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 11 faiz (187 mln. manat) çox olmaqla 1 mlrd. 955 mln. manat vəsait yönəldilib.

Bu barədə "Yeni Sabah"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb və artımdan sonra orta aylıq pensiya 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 632 manata çatıb.

Yanvar-mart ayları ərzində 11 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 190 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!