Bakıda və Abşeron yarımadasında mayın 15-16-da, bəzi bölgələrdə isə 15-18-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.
"Yeni Sabah" xəbər verir ki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda da sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Bərdə, Tərtər, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Dördpendirli pizza
Telegram kanalımız