Küsülülər niyə küsmüşdü, niyə barışdı?

saytların hazırlanması

Evə çatdırılma

Küsülülər niyə küsmüşdü, niyə barışdı?

Şou

02 Fevral 2023 11:30 718


Müğənnilər Nigar Camal və Samirə Əfəndi barışandan sonra ilk dəfə “Səhər mərkəzi” proqramında qonaq olublar.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, onlar barışmanın pərdəarxasından danışıblar.

Nigar aralarındakı problemin səbəbini belə izah edib: pizza mizza

“Küsülü deyildik, ancaq aramızı vururdular. Hər şeyi şişirtməyi sevirlər. Bildim ki, danışmasaq, bu, illərlə belə davam edəcək. 2017-ci ildə “Altın Kelebek” var idi. Mən oturan kimi ya Röyadan sual verirlər, ya “Gucci”, Şəbnəm barədə. Üçüncü də Samirə idi. Ən yaxşısı sakit şəkildə barışmaq idi. Bir masada oturmuşduq onsuz da...

Samir Bayramlının proqramında olan kimi haqqımda xəbərlər çıxır. Sual verdilər ki, ilk 10-luqda, ilk 5-likdə görürsən? Mən xətrinə dəymək istəmirdim. Dedim ki, yox. Sonradan dedilər ki, Samirə tez inciyəndir. Bu ildə gedəcəklər, inanırsınız, yenə deyəcəyəm, bir dənə də qalmaqal gələcək. Bu dəfə yəqin Eldarla, çünki orada işləyir. Mən öz fikrimi demişdim. Mənim vaxtımda nələr yazmırdılar – əsasən də mənimlə bağlı -  “Finala keçməyəcəklər!”, “Bu nə mahnıdır?”, “Bu nə sifətdir?”, “Bu nə geyimdir?!”... Axırda da salam-aleykum, birinci olduq.

Samirəylə barışdıq. Heç bir problem yoxdur”.

Samirə Əfəndi isə incikliyin yaranma səbəbini belə ifadə edib:

“Nigar nə geyimimi, nə ifamı bəyənmişdi. Mahnını mən seçməmişdim. Amma dua edirdim ki, o mahnı seçilsin. Çünki digər mahnılar ballada idi. İstəməzdim ki, elə dönəmdən sonra ballada ifa edim. İnsanlar şənlənməli idi. Əfsus ki yenə də Avropa bizi aqressor kimi qəbul edirdi. Əlimdən gələni elədim. İnsanlardan da özüm inciyirəm, özüm də barışıram”.

Qeyd edək ki, müğənnilər Xalq artisti Aygün Kazımovanın ad günündə barışıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!