Yeni nazir müavinləri bu sahəyə cavabdeh olacaq

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir müavinləri bu sahəyə cavabdeh olacaq

Rəqəmsal

18 May 2026 15:51 34


“Artıq ölkədə “rəqəmsal müavinlər” modelinin formalaşmağa başladığı görünür. Müşahidə olunur ki, bir neçə dövlət qurumunda rəqəmsallaşma istiqamətinə cavabdeh olacaq rəhbər şəxslərin müəyyənləşməsi artıq baş tutub. Digər namizədlərlə bağlı siyahılar da hazırlanır”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Onun sözlərinə görə, son bir-iki ayda artıq 3 mərkəzi qurumda bu istiqamətdə addımlar atıldığı görünür: pizza sifarişi

“Hökumətin və Rəqəmsal İnkişaf Şurası-nın bu məsələyə yanaşmasında iki əsas xətt görünür.

Birinci yanaşma:

Bəzi mərkəzi icra qurumlarına , nazirliklərə və agentliklərə yeni müavinlərin və ya rəhbər şəxslərin təyin olunmasıdır. Rəqəmsal sahəyə və süni intellekt layihələrinə rəhbərlik məhz bu şəxslərə həvalə olunacağı gözlənilir.

Son bir-iki ayda artıq 3 mərkəzi qurumda bu istiqamətdə addımlar atıldığı görünür:

TƏBİB-də Rahim Hüseynov icraçı direktorun müavini;

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidə Rəşad Həsənov nazir müavini;

Ekologiya və Təbii Sərvətlər Nazirliyidə Ağakərim Səmədzadə birinci müavin təyin olunub.

Düşünmək olar ki, adı çəkilən qurumlarda rəqəmsal transformasiya və AI istiqamətlərinə cavabdehlik məhz bu şəxslərə veriləcək. İkinci yanaşma isə nazirlik və agentliklərdəki mövcud rəhbər heyətdən bir şəxsin “rəqəmsal transformasiya üzrə məsul şəxs” kimi müəyyənləşdirilməsidir. Burada məsuliyyət hər bir qurumun özündə olacaq. Əlbəttə, burada ciddi risklər də qaçılmaz ola biləcək. Əgər qurumlar bu sahədən xəbəri olmayanları, innovasiya və rəqəmsal sahədə baxışı olmayan şəxsləri sadəcə “quş qoymaq” xatirinə cavabdeh təyin etsələr, problemlər qaçılmaz olacaq. Artıq belə siyahıların qurumların özləri tərəfindən hazırlandığı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi-nə təqdim edildiyi bildirilir. Bu şəxslərin fəaliyyəti də mərkəzləşdirilmiş şəkildə RİNN tərəfindən koordinasiya olunacaq.

Böyük ehtimalla bu məsələyə yekun institusional çərçivəni yeni yaradılmış Rəqəmsal İnkişaf Şurası verəcək. Şuranın Katibliyi funksiyasını həyata keçirən RİNN isə hələlik tələsmir. Şuranın fəaliyyəti ilə bağlı indiyədək geniş rəsmi açıqlamalar verilməyib. Yaxın vaxtlarda Şuranın ilk iclasının keçiriləcəyi gözlənilir. Bir çox məsələlərə də məhz həmin toplantıda aydınlıq gətiriləcək”.

O.Gündüz vurğulayıb ki, rəqəmsal sektorun inkişafına ayrılacaq maliyyənin idarə olunması hələlik qeyri-müəyyəndir:

“Xatırladıram ki, cari ilin əvvəlində Prezidentin sərəncamı ilə sektorda dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb və “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib. Rəqəmsal İnkişaf Şurasının sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevadır.  Şurada Prezidentin 3 köməkçisi, 5 nazir, Mərkəzi Bankın sədri və Neft Fondunun icraçı direktoru da təmsil olunur. Sektorun Şuradan gözləntiləri çox böyükdür.  Xüsusən də son zamanlar regionda süni intellekt və rəqəmsal sektorda çox böyük hədəflər müəyyən edən, böyük investisiyalar layihələrin işə salınması müşahidə olunur. Rəqəmsal biznes sektoru, transformasiya sahəsində çalışanlar, süni intellekt layihəsi hazırlayanlar Şuranın ilk toplantısının nə zaman keçiriləcəyini səbirsizliklə gözləyirlər. Amma burada başqa çox vacib və hələlik açıq qalan bir məsələ də var. Rəqəmsal sektorun inkişafına ayrılacaq maliyyənin idarə olunması da hələlik qeyri-müəyyəndir. Xatırladıram ki, son vaxtlar qəbul edilən normativ aktlarda bu məsələ ilə bağlı RİNN-in mövqeyinin nəzərə alınması da göstərilir. Gözlənilir ki, yaxın dövrdə dövlət qurumlarının rəqəmsal layihələri üçün ayrılan maliyyənin koordinasiyası və prioritetləşdirilməsi də daha mərkəzləşdirilmiş modelə keçəcək. Hələlik isə sektorda vəziyyət kifayət qədər gərgin görünür. Bir müddət əvvəl də yazmışdım ki, artıq sektorda bəzən “1 manat uğrunda savaş” gedir. Çünki layihələr dayanıb, iri tenderlər gözə dəymir, bazarda qeyri-müəyyənlik yaranıb. Gözlənilir ki, məhz Rəqəmsal İnkişaf Şurası bu məsələyə də aydınlıq gətirəndən sonra dövlət qurumlarının rəqəmsal layihələri və sektorun inkişafı ilə bağlı maliyyələşmə prosesləri daha aktiv mərhələyə keçəcək. Amma burada çox həssas balans qorunmalıdır. Məncə bu tip məsələlərdə ifrat mərkəzləşmə, əlavə bürokratik mərhələlər, uzun razılaşdırmalar və həddindən artıq koordinasiya innovasiyaları ləngidə, qərarverməni zəiflədə və motivasiyanı aşağı sala bilər. Çünki bəzən rəqəmsal transformasiya və süni intellekt layihələri klassik idarəetmə modeli ilə tam da uyğunlaşmır. Bu sahədə çeviklik, sürətli qərarvermə və təşəbbüskarlıq əsas şərtlərdən biridir”.

Nazim Hacıyev

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!