Ermənilərin Laçın rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 3 hərbçisinin meyiti tapılıb.
Yenisabah.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların şəxsiyyəti hələ məlum deyil. Meyitlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sonra məlum olacaq.
Məlumata görə, 2020-ci ilin 13 noyabrından indiyə kimi Qarabağda itkin düşmüş 1 374 erməni hərbçinin meyiti aşkarlanıb. (Report)
İtkin hərbçilərin axtarışları bu gün Hadrut və digər ərazilərdə davam etdiriləcək.
Telegram kanalımız