Lənkəranda tələbələr dərsləri boykot edib

saytların hazırlanması

Evə çatdırılma

Lənkəranda tələbələr dərsləri boykot edib

Rəsmi

24 Fevral 2019 02:49 1320


Fevralın 23-də Lənkəran Dövlət Universitetinin tələbələri aksiya keçiriblər. Universitetin hər iki korpusunda çalışan tələbələr boykot edərək həyətə toplaşıblar. 

Bu barədə məlumat verən tələbələrin sözlərinə görə, aksiyaya səbəb dərsə tam hazırkən müəllimlərin tələbələrin qiymətini kəsməsidir.

"Bir sıra dəyişikliklər edərək tələbələrin imtahana giriş balını yığmasını demək olar ki, mümkünsüz ediblər. Davamiyyət balının və sərbəst işlərin ləğvi semestr imtahanından keçməyi imkansızlaşdırıb. Bunu  müəllimlərin haqsızlığı kimi qiymətləndiririk,”- deyə tələbələr bildiriblər.  Dominos pizza

Lənkəran Dövlət Universiteti hadisə ilə bağlı açıqlama verməyib.

Meydan TV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!