Lerikdə ağac kəsənlər 30 min manat cərimələndi

saytların hazırlanması

Evə çatdırılma

Lerikdə ağac kəsənlər 30 min manat cərimələndi

Sosial

19 Sentyabr 2022 14:17 827


Lerik rayonu, Hücü kəndi ərazisindəki pay torpağı sahələrində ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə 30 min manata yaxın ziyan dəyib.

Bu barədə Yenisabah.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən növbəti nəzarət tədbirləri zamanı ağacların kəsilməsi faktı aşkarlanıb: Marqarita pizza

"Araşdırma zamanı ağacların Lerik rayon sakinləri İslam Şabanov, Cahil Hüseynov, Hidayət Rüstəmov, Elnur Rüstəmov və Fərhad İbadov tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 29 900 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!