Aytəkin Mərdanova qızına dair paylaşım etdi -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Aytəkin Mərdanova qızına dair paylaşım etdi - FOTOLAR

Şou

20 May 2026 16:33 149


Aparıcı Aytəkin Mərdanova qızı ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, o, Nərgizin doğum günü ilə bağlı fotolarını sosial şəbəkədə yerləşdirib:

“Düz 12 il əvvəl həyatımın ən qiymətli hədiyyəsi, əvəzolunmaz sevgisi, gözəl gözlü Nərgizim dünyaya göz açdı. Sanki dünən balaca əllərindən tutub ilk addımlarını izləyirdim, indi isə qarşımda xəyalları, düşüncələri böyüyən gözəl bir qız dayanıb. Gözəl qızım, sən doğulduğun gündən bu yana mənim dünyaya baxışım dəyişib. A Sezar pizza

rtıq hər addımımda səni düşünürəm, hər duamda adın var. Həyəcanımın da, sevincimin də səbəbi sənsən. Sən mənim ən həssas yerimsən, Nərgizim. Həyatın həmişə üzün kimi işıqlı, qəlbin kimi gözəl olsun. Heç vaxt gülüşün solmasın, arzuların yarım qalmasın. Bil ki, sən nə qədər böyüsən də, mənim üçün həmişə o şirin baxışlı, gül qoxulu balaca qızım olaraq qalacaqsan. Səni çox sevirəm, Nərgizim. Doğum günün mübarək Nərgizim”.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!