Lerikə 15 sm qar yağıb

saytların hazırlanması

Evə çatdırılma

Lerikə 15 sm qar yağıb

Rəsmi

16 Fevral 2019 20:45 1404


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Fevralın 15-i  gündüzdən 16-sı səhərədək müşahidə olunan faktiki hava haqqında açıqlama yayıb.

Qurumdan “Yeni Sabah”a daxil olan xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi fevralın 15-dən 16-sı səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib,  arabir  yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb,  bəzi yerlərdə intensiv olub. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 9 mm (aylıq normanın 41 faizi), Lənkəran-Astara zonasında 30 mm (aylıq normanın 32 faizi), Mərkəzi Aran rayonlarında 23 mm (aylıq normanın 85 faizi), Böyük Qafqazda 7 mm, Kiçik Qafqazda 6 mm təşkil edib. pizza hut

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 18 sm, Lerkdə 15 sm, Yardımlıda 10 sm, Şahdağda 7 sm, Daşkəsən, Göygöl, Xaltanda 5 sm, Altıağacda 4 sm, Sarıbaş, Qırızda 3 sm, Kişçay,  Xınalıqda 2 sm, Mərəzə, Qusarda 1 sm  olub.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!