Leyla Əliyeva Buzovnada açılış etdi

saytların hazırlanması

Evə çatdırılma

Leyla Əliyeva Buzovnada açılış etdi

Sosial

16 Fevral 2019 01:34 1673


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

“Yeni Sabah” xəbər verir ki, yaradılan şəraitlə tanış olan Leyla Əliyevaya məlumat verilib ki, yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. 217 çarpayılıq müəssisədə akt zalı, kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanması üçün yeməkxanalar, eləcə də mərkəzləşmiş mətbəx, asudə vaxtın təşkili və istirahət guşələri, izolyasiya və tibb otaqları yaradılıb, mebel və avadanlıqlarla təchiz edilib. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

Müəssisənin həyətində abadlıq işləri aparılıb, ərazi yaşıllaşdırılıb, müxtəlif növ ağaclar əkilib, istirahət guşələri yaradılıb. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!