"Lökbatan vulkanı Abşeronda olan aktiv vulkanlardan biridir. Burada dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb".
Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, 4 dəqiqə ərzində davam edib. pizza hut
Baş direktor bildirib ki, vulkanın dərinliyi 3 km olub: "Yəni palçıqla birlikdə püskürmə 3 km-dən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürtülər isə hündürlüyə qalxmasa da, davam edəcək.
Təşvişə düşməyə ehtiyac yoxdur. Bu, ölkəmizin ərazisində mövcud olan palçıq vulkanlarından biridir".
Telegram kanalımız