Biləsuvar rayonunun Cəbrayıl rayon məcburi köçkün şəhərciyində yerləşən 6 saylı qəsəbədə oğurluq baş verib.
“Yeni Sabah” xəbər verir ki, hadisə nəticəsində mağazadan içərisində xeyli miqdarda pul olan seyf və müxətlif adda siqaret blokları oğurlanıb. Əslən Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini Qüdrət Qurbanov polisə şöbəsinə müraicət edərək ona aid mağazadan kassada olan 347 manat və içərisində 6875 manat olan seyf və müxətlif adda siqarət blokları oğurlandığını bildirib. Dərhal fakta görə cinayət işi başlanılaraq ibtidai istintaq işləri başlanılıb. Çox keçmədən hadisəni törədən şəxslər 6 saylı qəsəbədə məskunlaşan əslən Böyük Mərcanlı kənd sakinləri Abbasov Yalçın Şəmşir oğlu və Həşimov Rahib Fərman oğlu polis tərəfindən saxlanılıb.
Onlar törətdikləri əməli etiraf ediblər və bu yola ehtiyac üzündən əl atdıqlarını deyiblər. Toyuqlu pizza
Telegram kanalımız