Mahir “Dinamo“ya keçidindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Mahir “Dinamo“ya keçidindən danışdı

İdman

03 Fevral 2022 10:20 780


"Dinamo"ya Xorvatiyada və ölkə xaricində böyük hörmətlə yanaşırlar. Belə bir klubla müqavilə bağladığım üçün çox xoşbəxtəm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

25 yaşlı hücumçu klubun rəsmi saytına açıqlama verib: Marqarita pizza

“Bu, həqiqətən də keyfiyyətli, ən yaxşı peşəkarların çalışdığı ciddi klubdur. Oyunumla, cəhd və səylərimlə, özünəinamımla gələcəkdə komandamın nəticələrində pay sahibi olacağıma, çempionluq titulunu qorumağa və "Dinamo"nu avrokuboklarda layiqincə təmsil edəcəyimizə inanıram".

Emrelinin sözlərinə görə, "Dinamo" bir futbol klubundan da üstün olmaqla, Zaqreb və Xorvatiyanın simvolu, çoxsaylı azarkeşə, Xorvatiya və Avropa futbolunda xüsusi önəmə sahibdir. Bu da burada olmaqdan qürur duymağımın daha bir səbəbidir. Bu klub üçün əlimdən gələnin ən yaxşısını edəcəyimə söz verə bilərəm".

Qeyd edək ki, Polşa "Legiya"sı ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozan Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşməyə imza atıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!