Mal bazarında avtomobil oğurlayan şəxs ələ keçdi
08 Avq 2020 20:05
443

Mal bazarında avtomobil oğurlayan şəxs ələ keçdi

Beyləqan və Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayonu ərazisindəki mal bazarının yaxınlığından avtomobil oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bununla bağlı Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2106” markalı avtomobili oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhkum edilmiş Q. Həsənli saxlanılıb.

Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər