Maşın almaq istəyənlərə şad xəbər –   Köhnə maşın qiymətinə yenisi SATILIR

saytların hazırlanması

Evə çatdırılma

Maşın almaq istəyənlərə şad xəbər – Köhnə maşın qiymətinə yenisi SATILIR

Sosial

11 İyul 2025 09:57 38053


Bir vaxtlar ikinci əl avtomobil bazarı daha sərfəli alternativ kimi qiymətləndirilirdi. Lakin indi bəzi hallarda bu maşınların qiyməti yeni avtomobillərlə yarışır, bəzən isə onları belə geridə qoyur. Bəs bu bahalaşmanın əsas səbəbi nədir?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, qiymətlərə bir çox amillər təsir edir:

“Ölkədə avtomobil parkının yenilənməsi istiqamətində mühüm qərar qəbul edilib. Yeni qaydalara əsasən, artıq ölkəyə idxal edilən avtomobillərin istehsal tarixi 10 ildən artıq olmamalıdır. Bu qərar bir tərəfdən köhnə və ucuz avtomobillərin bazara daxil olmasının qarşısını alır, digər tərəfdən isə avtomobil qiymətlərində artıma səbəb olub. pizza sifarişi

Bununla yanaşı, gömrük rüsumları və bəzi aksiz vergiləri də mühərrik həcminə uyğun olaraq artırılıb. Bu da iri mühərrikli avtomobillərin sahib olmaq istəyənlər üçün əlavə maliyyə yükü deməkdir.

Digər tərəfdən, son dövrlərdə bazara qiymət baxımından daha sərfəli olan Çin istehsalı avtomobillərin daxil olması vəziyyətə yeni nəfəs gətirib. Artıq bir çox alıcı köhnə avtomobil almaqdansa, təxminən eyni məbləğə yeni və zəmanətli avtomobil almağa üstünlük verir. Bu isə bazarda mühüm bir tendensiyanın formalaşmasına gətirib çıxarıb: istifadə olunmuş avtomobillərə maraq azalır, yeni modellərə isə tələbat artır”.

Ekspert bu prosesi müsbət qiymətləndirir:

“Uzun illərdir ki, Azərbaycan bazarına əsasən Avropa, Koreya və Yaponiya kimi ölkələrdən istifadə olunmuş avtomobillər gətirilirdi. Bu avtomobillər həmin ölkələrdə bir neçə il sürüldükdən sonra bizə satılırdı. Nəticədə isə avtomobil parkımız getdikcə köhnəlirdi. Lakin yeni qərarlar və məhdudiyyətlər bu prosesə ciddi şəkildə təsir edib. Artıq köhnə avtomobillərin idxalı azalır, yerini isə daha yeni, ekoloji və texniki baxımdan daha dayanıqlı nəqliyyat vasitələri tutur.

Ümumilikdə, bu addım ölkədə nəqliyyat təhlükəsizliyi, ətraf mühitin qorunması və texniki baxımdan saz avtomobil parkının formalaşdırılması baxımından müsbət qiymətləndirilir”.

Aytac Əliyeva 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Anar
    Nəzərə almaq lazımdır ki bir malın maya dəyəri aşağıdırsa onda keyfiyyət ola bilməz .Məsləhət bilsəydilər özləri sürürdülər.Bəlkə imkanları çatmır gedib Alman maşını alırlar
    10 months ago
  • Orxan
    Əvvəla Salam Alleykum. Bir yapon maşın ustası olaraq deyimki 5 ilə dözümlüyü çatmayacaq 90 faizi.
    10 months ago
  • Resad
    Deyir Avazin yaxsı gelir oxuduğun quran olsa Milletin boğazına ip keçirdib banklarda bank olmayan kredit teşkilatlarında süründürürler. Çin özü yapon maşınlarına üstünlük verir Azerbaycanda çin maşınların ölkeye getirir nedi mayası ucuz qazancı ela goresen 5 ilden sonra çin maşınların hansı qebirsanlıqda defn edecekler? Koreya Alman masinlari yenede 15 20 il gedir cin aftomobilleri ne qeder ömür yaşayacaq bunu bilen olsaydı ela olardı.
    10 months ago