Xamenei orduya göstəriş verdi -   ABŞ-la yeni müharibə başlayır?

saytların hazırlanması

Evə çatdırılma

Xamenei orduya göstəriş verdi - ABŞ-la yeni müharibə başlayır?

Dünya

10 May 2026 18:06 170


İran müharibənin başa çatdırılması ilə bağlı ABŞ-ın son təkliflərinə cavabı bu gün pakistanlı vasitəçiylə göndərilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb. 

İranın təklifə cavabının detalları açıqlanmayıb. Sezar pizza

Pakistan rəsmiləri İranın ABŞ-ın təklifinə cavabı təqdim etdiyini təsdiqləyib.

Bununla yanaşı, İranın Ali Rəhbəri Müctəba Xamenei İslam Respublikasının döyüş hazırlığının gücləndirilməsi barədə göstəriş verib. Bunu İranın "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığının Mərkəzi Qərargahının komandanı Əli Abdullahiyə istinadən "Mehr" Xəbər Agentliyi yayıb.

"Rəhbər düşmənin yanlış hesablamasına qarşı mübarizə aparmaq üçün yeni göstəriş verib", - Ə.Abdullahi bildirib.

Onun sözlərinə görə, M. Xamenei ilə görüşdə silahlı qüvvələrin hazırlığı barədə hərtərəfli hesabat təqdim edilib.

Görüş zamanı Xamenei ölkənin silahlı qüvvələrini tərifləyib və ABŞ ilə İsrailin ölkəyə qarşı 40 günlük müharibəsindən sonra fəaliyyətləri davam etdirmək və düşmənlərlə qətiyyətlə mübarizə aparmaq üçün yeni göstərişlər verib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!