“Maşın Şou“da finalçılar məlum oldu  - Foto - Yenilənib
14 Okt 2019 22:27
1412

“Maşın Şou“da finalçılar məlum oldu - Foto - Yenilənib

"Maşın Şou"da finalçıların adı məlum olub.

"Yeni Sabah" xəbər verir ki, səsverməyə Kəmalə Piriyeva çıxıb və hədəf kimi Lalə Mustafayevanı göstərib. Son dəqiqələrə qədər səsvermədə şouda qalacağı görünsə də, finalda sürpriz yaşanıb. 47.79 faiz səs toplaya bilən aparıcı şounu tərk edib və finala qala bilməyib.

Qeyd edək ki, bununla da finala müğənni Ramal İsrafilov, aparıcı Suna Qasımoğlu və Lalə Mustafayeva çıxıb.  

***

"Maşın Şou"nun final öncəsi son günündə gərginlik artıb. 

"Yeni Sabah" xəbər verir ki, Kəmalə Piriyeva hədəfini açıqlayıb. O, bildirib ki, səs toplasa, Lalə Mustafayevanı şoudan kənarlaşdıracaq. Bu açıqlamadan sonra Lalə Mustafayeva tamaşaçılardan "getsin"ə səs göndərməklərini xahiş edib. 

***

"Maşın Şou"nun 18-ci sürətinin növbəti gününə start verilib.

"Yeni Sabah" xəbər verir ki, mübarizənin pik həddə çatdığı şouda artıq 4 nəfər qalıb. Bu gün yarışmaçılar arasında keçirilən səsvermədə ən çox Kəmalə Piriyevanın şəkli atılıb. Belədə aparıcı finala bir addım qalmış hədəfə çevirilib. 

Kəmalə xanım hər kəsdən səs istəyib: "Finalın bir addımlığındayam və hər kəsdən səs istəyirəm".

 

Oxşar xəbərlər