“Maşın“ın qalibi açıqlandı   - Yenilənib+Foto

saytların hazırlanması

Evə çatdırılma

“Maşın“ın qalibi açıqlandı - Yenilənib+Foto

Şou

18 Oktyabr 2019 22:24 2430


"Maşın" şounun qalibi məlum olub. 

"Yeni Sabah" xəbər verir ki, finalda Lalə Mustafayeva və Suna Kasımoğlu arasında gərgin mübarizə alınıb. Nəticədə sona qədər dözümlülük göstərən Suna Kasımoğlu "Maşın"ın 18-ci sürətinin qalibi olub. 

Sonda şounun aparıcısı Murad Dadaşov Suna Kasımoğlunu təbrik edərək maşının açarlarını ona təqdim edib. pizza mizza

Qeyd edək ki, gün ərzində Lalə Mustafayevanın qalib olduğu xəbərləri yayılmışdı. 

***

"Maşın”ın “Maskarad” adlı sürətinin final gecəsi başlayıb. 

"Yeni Sabah" xəbər verir ki, 18 gündür davam edən mübarizəyə artıq yekun vurulub. Bu gün səhərə yaxın finala qalan iki iştirakçıdan biri mübarizəyə davam edə bilməyib. Bununla da dəyəri 50 min manat olan “Opel İNSİGNİA” avtomobilinin sahibi bəlli olub.

Xatırladaq ki, şouda meyxanaçı Aqşin Fateh, müğənni Ayan Babakişiyeva, Kərim Abbasov, aparıcı Kəmalə Piriyeva, Xalq artisti Bilal Əliyev, aşıq Namiq Fərhadoğlu, müğənni Türkan Vəlizadə, aparıcı Suna Kasımoğlu, Nazim Pişiyari, repçi Qurd, müğınni Niyam Salami, Ramal İsrafilov, Aysun İsmayılova, Əməkdar artist Fatma Mahmudova, aparıcı Zümrüd Qasımova, müğənni Fuad Musayev, aparıcı Lalə Mustafayeva və aktyor Məcid Hüseynov avtomobili qazanmaq üçün gərgin mübarizə aparıblar.  

“Maşın”ın finalının sonunda Murad Dadaşov qalibi təqdim edəcək. 

Onu da qeyd edək ki, bu gün müğənni Kərim Abbasov Lalə Mustafayevanın qalib olduğunu açıqlayıb aparıcını təbrik etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!