Maska rejiminə qayıdış olacaq? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Maska rejiminə qayıdış olacaq? - Açıqlama

Sosial

19 Fevral 2024 14:28 506


Qış aylarında respirator infeskiyaların sayı artır. Bu infeksiyalara qrip, COVID-19, eyni zamand, qızılca virusunu göstərmək olar.

Yenisabah.az Trend-ə istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib.

O qeyd edib ki, Azərbaycanda maska rejimin tətbiqi gözlənilmir: Dördpendirli pizza

"Maskadan istifadə hər bir şəxsin öz məsuliyyəti daxilində olan bir haldır. İstənilən şəxs virusdan qorunmaq üçün maskadan istifadə edə bilər. Eyni zamanda, gigiyena qaydalarına əməl edilməsi, ara məsafə gözlənilməsi xəstəliyə yoluxma riskini azaldan hallardır.

Maska istifadəsi də məcburi deyil. Sadəcə, ehtiyat tədbir kimi istifadə edilə bilər. Zaman-zaman insanlara maskadan istifadənin zərurətini daimi olaraq xatırladırıq. Düşünmürəm ki, maska rejimi tətbiq edilsə, xəstəlikdən tam qoruna bilərik.

Qrip, qızılca, COVID-19-dan qorunmağın yeganə vasitəsi peyvənd olunmaqdır. Sadəcə, bu yolla viruslardan qoruna bilərik. Digər gigiyenik qaydalar, ara məsafə saxlanılması, maskdan istifadə isə yalnızca yoluxma riskini azalda bilər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!