"Xəbər saytları mənə qarşı kampaniyaya başlayıblar! Bir-birinin ardınca yalan, sifarişli xəbərlər qoyurlar".
“Yeni Sabah” xəbər verir ki, bu sözləri aparıcı Elçin Əlibəyli səxsi "Facebook" hesabında yazıb. O, barəsində yazılan xəbərlərin heç bir doğruluq payı olmadığını bildirib:
"Bütün yazılanlar yalandır və mətbuatın bu iyrəncliyinə etiraz olaraq ölkəni birdəfəlik tərk edirəm, təki dincəlsinlər! Həyat yoldaşımın adını hallandıran saytları bir-bir məhkəmə qarşısına çıxaracağam!" Dominos pizza
E. Əlibəylinin xanımı Dilrubə Faqifzadə də sosial şəbəkədə məsələ ilə bağlı fikrini yazıb:
Qaralama kampaniyası qurulur. Burda tək narahat olduğum ovladımızdır. Bu xəbəri yayan hər bir sayt məhkəmədə balama görə cavab verəcəklər. Ayıb olsun da, bu qədər də yox da”.
Telegram kanalımız