Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir

Sosial

22 Fevral 2019 16:49 728


Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.

"Yeni Sabah" xəbər verir ki, Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq. Dördpendirli pizza

Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!