Mehriban Əliyevadan Zəhraya hədiyyə... Foto

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Əliyevadan Zəhraya hədiyyə... Foto

İdman

23 Fevral 2019 22:23 1100


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlını təbrik edib, ona yarışlar zamanı uğurlu çıxışlarına və göstərdiyi vətənpərvərliyə görə hədiyyə göndərib.

“Yeni Sabah” xəbər verir ki, Fondun nümayəndələri bu gün Zəhra Salmanlıya kompüter və Fondun müxtəlif nəşrlərini təqdim edib.

Qeyd edək ki, 5-ci sinif şagirdi Zəhrə Salmanlı turnirin keçirildiyi zalda Azərbaycan bayrağının Ermənistan bayrağının altında asılmasına etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini deyib. Zəhranın tələbindən sonra Azərbaycan bayrağının yeri dəyişdirilib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!