Mehriban Xanlarova nəvəsini belə təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Mehriban Xanlarova nəvəsini belə təbrik etdi

Şou

06 Avqust 2019 13:38 3678


Əməkdar artist, tanınmış aktrisa Mehriban Xanlarova nəvəsi ilə fotosunu “İnstagram” səhifəsində paylaşaraq onu təbrik edib. 

“Yeni Sabah” xəbər verir ki, aktrisa özü ilə eyni adı daşıyan nəvəsinə xoş diləklərini yazaraq 10 yaşını təbrik edib:

“Qanım, canım, həyatda dəvamçım olan Mehriban Xanlarova Aslan qızı. Səni doğum günün münasibətilə, 10-cu yaşa qədəm qoyduğun üçün ürəkdən təbrik edirəm. Allahdan sənə can sağlığı, daim ailənlə, sevdiklərinlə xoşbəxt günlər arzulayıram. Sənə verilən ömür payının elə bir dövründəsən ki, bu dövrə çoxumuz yenidən qayıtmağın həsrətindəyik. Sənə qayğısız, sağlam, atalı-analı bir ömür diləyirəm. Qoy uşaqlıq illərinin çöhrəndə yaratdığı bu təbəssüm, xoşbəxtlik səni bir ömür tərk etməsin. Yaşının bütün çağlarını bax beləcə, dərddən, kədərdən uzaq, firəvan keçirəsən!” Toyuqlu pizza

Qeyd edək ki, Mehriban Xanlarovanın Aynur adlı yeganə qızı var.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!