Manaf Ağayev Əməkdar artist Miri Yusiflə bağlı maraqlı açıqlama verib.
"Yeni Sabah" xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan sənətçi toy dəvətlərindən söz açıb. O, heç kimin adını çəkməsə də maraqlı açıqlama verib:
"Dekabrda bir toy olacaq. Ora məni və Elnarə Abdullayevanı dəvət ediblər. Bizdən başqa siyahıda bir müğənni də var. Görəndə təəccübləndim ki, bu hara, sizin toy hara. Əgər məni, Elnarə istəyirsinizsə, onun nə işi var? Dedilər ki, uşaq istəyib, heç özümüz tanımırıq onu". Dominos pizza
Proqramın aparıcısı Tarix Əliyev isə Miri Yusif barəsində danışıb: "Miri Yusifə 50 min versən, bütöv toy aparmaz. Amma adamın gündə ən az 3 toyu olur, hətta dördüncünü deyəndə, razılaşmır. Yarım saata 6 min manat alır"
Bundan sonra Manaf Ağayevdən etiraf gəlib: "Elə mənim də dediyim, adını çəkmədiyim müğənni Miri Yusifdir. Onunla bir problemim yoxdur. Janr baxımından biz uyğun gəlmirik"
Telegram kanalımız