“Mən orada heç kimi təhqir etməmişəm” –   Nazpəri Dostəliyeva

saytların hazırlanması

Evə çatdırılma

“Mən orada heç kimi təhqir etməmişəm” – Nazpəri Dostəliyeva

Şou

07 Noyabr 2019 16:06 1291


“Mən  orada heç kimi nə təhqir etməmişəm, nə də heç kəsə xoşagəlməz sözlər deməmişəm”.

Bunu “Yeni Sabah”a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. Bir müddət əvvəl xalq artisti “5/5” verilişində meyxana tərzində oxuyan müğənniləri tənqid etmişdi. Amma bundan bir müddət sonra Türkan Vəlizadə və Pərviz Bülbüləni nəvəsinin şənliyinə dəvət etdiyi üçün özü tənqid hədəfi olomuşdu.

N. Dostəliyeva deyir ki, o sadəcə bir böyük kimi tövsiyyələrini verib: “Bu gün də  bir böyük kimi fikirlərimi deyirəm. Mən hər zaman dediyim sözdə etikanı da, mədəniyyəti də gözləyirəm. Başqa  cür heç vaxt danışmaram. Bu gün dediklərim də yenə  bir böyük tövsiyyəsi idi.  Sezar pizza

Qaldı ki, meyxanalara və meyxanaçılarımıza, mən heç  vaxt onları nə təhqir etmərəm, nə də, kobud bir söz demərəm. Meyxananın özü də bir sənətdir. Vahidimizin ağzından çıxan bütün gözəl şeirlərin kökündə meyxana üslüblu ədəbi sözlər var,  mən onu pisləyərəmmi? Meyxanaçılarımız içində də çox mədəni, qabiliyyətli, intellektual səviyyəli gənclərimiz var. Biz onların qarşısını niyə alaq?  Eyni zamanda rep deyən gənclərimiz var. Nə üçün biz onların qabağını almalıyıq? Biz əksinə, onlara təhsil  almağı və həmin sahəni  gözəl səviyyədə xalqa aşılamağını tövsiyyə etməliyik”.

Xatırladaq ki, N. Dostəliyeva gənc müğənnilər haqda aşağıdakı ifadələri işlətmiş və onların adlarını belə çəkmək istəməmişdi: “Gənclərin demək olar ki, 80 faizinə qulaq asa bilmirəm. Çünki ali təhsil almaq istəmirlər, tez toyxanalara qaçırlar, musiqiləri düzgün təqdim etmirlər.

Meyxana sənətini mən çox sevirəm, amma daha çox meyxanaya üz tuturlar, meyxana ilə duet oxuyurlar. Meyxana üslublu mahnıları daha çox oxuyurlar. Çox istərdim ki, qızlar da, oğlanlar da ali təhsil alsınlar. Ona görə də bunların çoxuna qulaq asmıram”.

Zaur xalq artistinə Damla, Vasif Əzimov, Şəbnəm Tovuzlu kimi müğənnilərin mahnısını qulaq asdırıb, onların kim olduğunu soruşub. N. Dostəliyeva isə onları tanısa da adlarını çəkmək istəməyib. O, Vasif Əzimvonun “Mənim sevgim” mahnısına qulaq asdıqdan sonra bu sözləri deyib: “Bu, meyxanaya aiddir, musiqi deyil. Deməyəcəm kimdir. Gəncdir, istedadlıdır. Əgər müğənni olmaq istəyirsə, ali təhsil ocaqlarına getsin.

İndi toyxanalar baş alıb gedir. Çünki bunları siz populyar etmisiniz. Populyar olsunlar, amma ali təhsil ocaqlarına da getsinlər. Görürsünüz ki, tanıdıqlarımın adını belə çəkmək istəmədim.Onları mən ali təhsilə yönləndirmək istəyirəm. Bayağı musiqilər gəldi-gedərdir. Onlara demək istəyirəm ki, Azərbaycan musiqisini böyük səhnələrdə təmsil etsinlər, sonra pul sizi tapacaq”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!