"Maşın Şou"da növbəti günə yekun vurulub.
"Yeni Sabah" xəbər verir ki, yarışmaçıların səsverməyə çıxardıqları Lalə Mustafayeva əvvəlcə səs toplasa, Suna Kasımoğlunu yarışmadan kənarlaşdıracağını desə də, sonradan fikrini dəyişib. Suna xanımdan üzr istəyib və hədəfini açıqlamayıb.
Sonda isə Lalə Mustafayeva 58.61 faiz səs toplayaraq yarışmada qalıb və müğənni Türkan Vəlizadəni şoudan kənarlaşdırıb. Sezar pizza
***
"Maşın Şou"da həyəcan davam edir.
"Yeni Sabah" xəbər verir ki, yarışmaçıların səsverməyə çıxardıqları Lalə Mustafayeva qalacağı təqdirdə kimi çıxaracağını açıqlayıb: "Heç kim inciməsin məndən. Qalsam Suna xanımı çıxaracam. Rica edirəm, məndən heç kəs inciməsin. Amma Türkiyədə bu cür yarışma olsaydı, onlar azərbaycanlı iştirakçını on birinci efirə qədər saxlamazdılar"
***
"Maşın Şou"nun 18-ci sürətinin növbəti gününə start verilib.
"Yeni Sabah" xəbər verir ki, yarışmaçılar bu dəfə Lalə Mustafayevanı səsverməyə çıxarıblar. Lalə xanım şokda olduğunu bildirib: "Mən şokdayam. Heç gözləmirdim ki, bunu mənə qarşı edərlər"
Niyam Səlami isə məsələyə belə reksiya verib: " Yatsam, yuxuma da girməzdi ki, Lalənin şəkli çıxar"

Telegram kanalımız