“Məni qovdular, zibillikdə yaşayıram” -   Müğənimizin qardaşı efirdə kömək istədi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Məni qovdular, zibillikdə yaşayıram” - Müğənimizin qardaşı efirdə kömək istədi - Video

Şou

24 Sentyabr 2019 09:23 1036


Tanınmış müğənni Samir Cavadzadənin qardaşı Ramin ARB TV-nin “Elgizlə izlə” verilişinə müraciət edərək kömək istəyib. 

“Yeni Sabah” xəbər verir ki, o, vəziyyətinin çətin olduğunu və küçələrdə qaldığını deyib:

“Mən Rusiyada olanda evdə nəsə problem olanda və yaxud, elə şəxsən Samirin özünün maddi problemi olanda mənə ağız açıb. Köməklik etmişəm. İndi mən çöllərdəyəm. Pis həyat sürmüşəm. Atamızın ölümündən sonra məni buradan qovdular. Dedilər, çıx get. Getdim Rusiyaya. Xəstəyəm. Müalicə olunmalıyam. Yolun ortasında bəzən huşum gedir, yıxılıram. Məhlədə kimsə kömək etmək istəyirsə, bir şey alır və ya yemək gətirir”. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!