Mərdəkanda avtomobil körpüdən aşdı -  3 nəfər yaralandı
23 Avq 2019 14:10
150

Mərdəkanda avtomobil körpüdən aşdı - 3 nəfər yaralandı

Mərdəkan körpüsündə ağır qəza baş verib.  Avtomobil körpüdən aşıb. 

“Yeni Sabah” "Report"a istinadən xəbər verir ki, biri uşaq olmaqla üç nəfər xəsarət alıb. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub. 

Faktla bağlı araşdırma aparılır.  

 

Oxşar xəbərlər