“Erkenci Kuş” serialı ilə məşhurlaşan aktyor Can Yaman yunanıstanlı fanatlarını qəzəbləndirib.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “2019-cu ilin ən bəyənilən baş rol aktyoru” seçildiyi üçün getdiyi Yunanıstanda bayrağın önündə "orta barmaq" işarəsi göstərib.
Aktyoru sevgi ilə qarşılayan yunan fanatları bu foto ortaya çıxandan sonra onu tənqid atəşinə tutublar. C.Yamanın bu hərəkəti ölkə mətbuatında böyük səs-küy yaradıb. Bəzi fanatları isə bu şəklin fotoşop ola biləcəyini, onun belə hərəkəti heç vaxt etməyəcəyini iddia edib. Dominos pizza
Məsələ ilə bağlı aktyor özü heç bir açıqlama verməyib.
Əsmətxanım



Telegram kanalımız