Məşhur aktyor “Komedixana”dan getdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Məşhur aktyor “Komedixana”dan getdi - FOTO

Şou

14 Aprel 2025 16:15 7498


Aktyor Cavidan Novruz "Komedixana" komandası ilə yollarını yenidən ayırıb.

Sumqayıt konsertindən sonra o, komandadan uzaqlaşıb. Cavidan apreldə baş tutacaq Moskva konsertinin posterində də yer almayıb.

Qeyd edək ki, aktyor ötən ilin may ayında da "Komedixana" ilə yollarını ayırmışdı. O, ayrılma səbəbi kimi atasını göstərmişdi: pizza hut

"May ayının 25-26-da Sumqayıtda konsert verməli idik. 25 may atamın ad günü idi. Onun vəfatından sonra ilk dəfə Akademik Milli Dram Teatrında atam üçün xatirə gecəsi keçiriləcəkdi. Düşündüm ki, atama həsr olunan bu tədbirdə oğlu olaraq iştirak etməliyəm.

"Komedixana"nın layihə rəhbərinə də zəng edib məsələni bildirdim. Amma atamın xatirə gecəsində iştirak etməyimə icazə vermədi, dedi ki, mümkün deyil. Bu hadisədən sonra aramızda heç bir müqəddəs bağ qalmadı. Həmin an hər şeyi bitirdim. Amma düşmənliklə yox, dostluqla ayrıldım". (Musavat.com)


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!