Qlobal pizza sektorunda artan xərclər və dəyişən istehlakçı vərdişləri fonunda daha bir məşhur restoran zənciri küçülməyə gedir.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 1977-ci ildə ABŞ-ın Kaliforniya ştatında qurulan və pandemiya dövründə müflisləşmənin eşiyindən dönən uşaq və əyləncə yönümlü pizza nəhəngi “Chuck E. Cheese” mənfəət gətirməyən filiallarının fəaliyyətini dayandırır.
Şirkətin ana qurumu olan “CEC Entertainment Concepts LP” fəaliyyət müddətini başa vurmuş və gəlirliliyi aşağı düşmüş obyektlərin icarə müqavilələrini yeniləməmək qərarı verib. Şəbəkə cari ilin əvvəlindən bu yana Ohayo, Nebraska, Kanzas, Texas və Merilend ştatları daxil olmaqla ən azı 6 strateji filialını tamamilə bağlayıb. Rəhbərlik bu addımın müflisləşmə deyil, Daşınmaz Əmlak Strateqiyasını optimallaşdırmaq məqsədi daşıdığını bildirib. Pepperoni pizza
Restoran sektorunda qeydə alınan analoji ixtisarlar digər qlobal brendlərdə də müşahid olunur:
Pizza Hut: “Hut Forward”proqramı çərçivəsində zəif göstəricilərə malik 250 restoranını bağlamağı planlaşdırır.
Papa John's: 200 effektiv olmayan şöbəsini ilin sonunadək tamamilə qapatmaq niyyətindədir.
2020-ci ildə pandemiyanın təsiri ilə müflisləşmə qorunması (Chapter 11) müraciəti edən və 350 milyon dollarlıq borc yenidənqurması ilə ayaqda qalan “Chuck E. Cheese”, indi diqqəti 20-40 yaş arası auditoriyaya xitab edən yeni “Chuck's Arcade” konseptinə yönəltməyi hədəfləyir.
Telegram kanalımız