Məşhurlarımız Fədayə Laçın üçün birləşdi –   Azadlıq istədilər

saytların hazırlanması

Evə çatdırılma

Məşhurlarımız Fədayə Laçın üçün birləşdi – Azadlıq istədilər

Şou

24 Sentyabr 2019 08:11 1811


Xəbər verdiyimiz kimi, REAL TV-nin rəhbəri Mirşahin Ağayev müəllifi olduğu proqramda hazırda həbsdə olan müğənni Fədayə Laçından söz açıb. Tanınmış telejurnalist sənətçinin həbsdən azad olunması üçün müraciət edib. 

“Yeni Sabah” xəbər  verir ki, azərbaycanlı məşhurlar da Mirşahinin sözlərini dəstəkləyib. Onlar sosial şəbəkədə Fədayə Laçın üçün birləşiblər. 

Məşhurlar arasında əməkdar artistlər - Röya Ayxan, Lalə Məmmədova, müğənni Rəqsanə İsmayılova, Bahar Lətifqızı Fədayə Laçına dəstək olublar.  pizza sifarişi

Lalə Məmmədova:

“Bəlkə Fədayəni də sədaqətinə bağışlayarlar. Kaş ki...” 

Röya Ayxan:

“Əhsən! Mirşahin, təşəkkürlər. Hamımız bir səs olaq Fədayəni azad edək,  sədaqət payından ona da bəxş edək”

Bahar Lətifqızı:

“İnşallah, böyük Allahımız sənin, mənim, Fədayə sənətini sevənlərin, ən başda isə anasının, doğmalarının səsini eşidər. Mən çox dua edirəm, Fədayəmiz tezliklə azad olsun”.

Rəqsanə İsmayılova:

“Allah qapısını açsın, Allah köməyi olsun. İnşallah, tezliklə “Fədayə azadlıqdadır” eşidərik. Çox gözəl sənəti var Fədayənin. İndi oxumağı bilməyənlər at oynadır”.

Xatırladaq  ki, Fədayə Laçın 2017-ci ilin oktyabrın 23-də sevgi münasibətində olduğu “Qoca” ləqəbli məhbus Etibar Məmmədovun nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilib.

Əsmətxanım

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!