“Mətin belə şərəfsiz təklifə razı ola bilməzdi...”  - Jurnalistə dəstək

saytların hazırlanması

Evə çatdırılma

“Mətin belə şərəfsiz təklifə razı ola bilməzdi...” - Jurnalistə dəstək

Siyasət

27 Fevral 2019 13:25 1026


Xəbər verdiyimiz kimi, Rusiyanın “Sputnik” informasiya agentliyinin Azərbaycan bürosunun şef redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb. Bu addımın atılmasına səbəb isə onun qarşısına Qarabağla bağlı Azərbaycanın mövqeyini müdafiə edən yazıların saytda yayılmaması şərti olub. “Yeni Sabah” xəbər verir ki, məsələ ictimailəşdikdən sonra etirazlar ifadə olunub.

Avropa.info saytının direktoru Ruslan Bəşirli Mətin Yaşaroğlunun vəzifəsindən azad edilməsinin siyasi xarakterli olduğunu bildirib: “Mətin Yaşaroğlu Rusiya ilə Türkiyə arasında yaranmış böhran zamanı qəti şəkildə Türkiyəni müdafiə edirdi. Hansıki həmin vaxt Suptnik Türkiyə açıq şəkildə Türkiyə əleyhinə fəaliyyət göstərirdi. Mətin Yaşaroğlu uzun müddət idi ki, Sputnik Agentliyinin Moskvada yerləşən mərkəzi ofisindəki ermənilərlə açıq və ardıcıl mübarizə aparırdı. Axır ki, ermənilər onun vəzifəsindən uzaqlaşdırılmasına nail ola bildilər”.

İqtisadçı jurnalist Qadir İbrahimli M.Yaşaroğlunun tutduğu vəzifədən kənarlaşdırılmasının siyasi xarakterli olduğunu yazıb: “Bununla bağlı rəsmi açıqlama hələ yoxdur, güman ki, heç olmayacaq da. Çünki agenlikdəki mənbələrdən aldığım məlumata görə, Mətinin işdən çıxarılması Moskva ofisinin sifarişidir və siyasi xarakterlidir. Konkret desək, Moskva ofisi Bakı ofisindən tələb edir ki, erməni məsələsində Bakının yox, Yerevanın mövqeyindən çıxış etsin. Təbii ki, mənim tanıdığım Mətin belə şərəfsiz təklifə razı ola bilməzdi və olmayıb da. Özü də söhbət Xocalı soyqrımının ildönümünə təsadüf edib. Yəqin Moskva və Yerevan Xocalının ildönümü ilə bağlı xəbərlərin agentlikdə yayımlanmasını istəməyib. Mətin Yaşaroğluna dəstək olaq”! pizza

Jurnalist Rəsul Mirhəşimli: “Qarabağ müharibəsi ilə bağlı ermənilərlə informasiya savaşı aparan jurnalist dostumuz Mətin Yaşaroğlu işdən çıxarılıb. Mətin işdən çıxarılmasının səbəblərini mətbuata açıqlamasa da Moskvanın təzyiqləri açıq-aşkar görünür. Qeyd edim ki, Mətinin ermənilərlə informasiya savaşı “Sputnik”dən başlamır. Bundan əvvəl vesti.az saytında da eyni mübarizəni aparırdı. Vesti.az saytı ermənilərə qarşı informasiya müharibəsində çox böyük işlər görmüş sayt idi. Bu da Rusiyanın təzyiqi… Rus qafalılar nə qədər sevinsə də, dostumuzun yanındayıq”.

Hüquq Müdafiəçisi Sahib Məmmədov: “Qonşu ölkələrin Azərbaycanda fəaliyyət göstərən KİV-lərinin hamısı (gizli və aşkar dəstəklənən KİV-lər nəzərdə tuturam) erməni məsələsində loyallıq göstərməlidir. Əks halda, siz dediyiniz olur. “Azadlıq” radiosunda bu çoxdan baş vermişdi”.

Jurnalist Rövşən Kəbirli: “ Mətin bəy təəssübkeş, haqq etdiyini deməkdən qorxmayan bir soydaşımızdır. Və “şimal ayısı”nın erməni canlı olması da təsdiqlənmiş fakdır. Qalır Mətini müdafiə etməyə borclu dövlətin sərgiləyəcəyi mövqe. Vətəndaşına sahib çıxacaq, yoxsa itaət göstərib onların tələbini yerinə yetirəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!