YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Meymunçiçəyinin yeni fəsadları:  Depressiya, ağrı...

Meymunçiçəyinin yeni fəsadları: Depressiya, ağrı...

Sosial

21 Sentyabr 2022 10:34 433


Afrika və Amerika həkimləri meymunçiçəyi virusuna yoluxmanın neyrofizioloji fəsadların inkişafına səbəb olduğuna dair sübutlar aşkar ediblər.

Alimlərin tapıntıları “JAMA Neurology” jurnalında dərc olunub.

“Afrika, ABŞ və Avropada xəstələr üzərində aparılan müşahidələr göstərir ki, meymunçiçəyi virusu xəstələrdə kifayət qədər tez-tez depressiya, nevropatik ağrılar yaradır. Bəzi hallarda ensefalit, qıcolma və meningitə bənzər simptomlar əmələ gətirir. Bu, beyindəki dəyişiklikləri izləmək zərurətindən xəbər verir”, - tədqiqatda vurğulanıb.

ÜST statistikasına görə, sentyabrın əvvəlində yoluxma hallarının ümumi sayı 53 mini keçib. 18 nəfər xəstəlikdən dünyasını dəyişib./oxu.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!