Millət vəkilindən ANS-lə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Millət vəkilindən ANS-lə bağlı açıqlama

Rəqəmsal

16 Fevral 2019 00:26 1575


"ANS Azərbaycan həqiqətlərini dünyaya tanıdan və dövlət müstəqilliyimizin möhkəmlənməsinə çalışan telekanal olub. Bu telekanalın yoxluğu Azərbaycanın apardığı informasiya müharibəsində müəyyən boşluqlar yaradıb. Hesab edirəm ki, bu telekanalın açılması Azərbaycan dövlətinə yalnız faydalar verə bilər".

Bu fikirləri  Azərbaycanın keçmiş Baş nazirinin birinci müavini, Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. 

Vahid Əhmədov deyib ki, Azərbaycanın müstəqilliyinə gedən yolunda və müstəqillik illərində ANS xalqa həqiqəti çatdıran peşəkar televiziya kanalı olub: "Hər birimizin bu kanalla isti münasibəti var idi. Azərbaycan xalqını və dövblətini narahat edən məsələləri ANS daim diqqətdə saxlayıb, bununla bağlı verilişlər hazırlayıb, biz də həmin verilişlərdə iştirak etmişik".  Pepperoni pizza

Deputat qeyd edib ki, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev (Vahid Naxış) kifayət qədər böyük təcrübəyə malik olan vətənpərvər və dövlətçiliyi sevən jurnalistdir: "Vahid Mustafayevə böyük hörmətim var. O, özünə hörmət edən jurnalistdir. Onun qurub yaratdığı ANS televiziya kanalı Azərbaycan həqiqətlərini dünyada tanıdıb. ANS-in zəngin arxivi var idi. Azərbaycanın 1988-ci ildə və sonrakı vaxtlarda başına gələn bəlaların hamısını ANS lentə alıb. Eyni zamanda ANS TV-də kifayət qədər təcrübəli jurnalistlər olub. Biz mütəmadi olaraq onların çıxışlarını izləmişik. Onlar xalqımız da rəğbətini qazana biliblər". 

Demokrat.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!