Milli komadamızda koronavirusa kütləvi yoluxma 

saytların hazırlanması

Evə çatdırılma

Milli komadamızda koronavirusa kütləvi yoluxma 

İdman

02 Fevral 2022 10:29 554


18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilir ki, millimizin beynəlxalq turnirdən kənarda qalmasına səbəb 6 futbolçu, 1 məşqçi və inzibatçının koronavirusa yoluxmasıdır. Dominos pizza

Bununla əlaqədar yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Qeyd edək ki, Minskdəki yarış 3 - 14 fevralda olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!